“Yunayted” mübarizəyə qoşulur: Nəhəngləri qabaqlaya biləcək?
“Mançester Yunayted” bu ilin yanvarında “Liverpul”, “Arsenal” və “Mançester Siti”ni qabaqlayaraq “Bornmut”un hücumçusu Antuan Semenonu transfer etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “albalılar” 25 yaşlı futbolçunu satmaq istəmir. Onun qiymətinin 65-80 milyon funt sterlinq arasında olduğu təxmin edilir.
Bu mövsüm Semeno bütün turnirlərdə 12 matçda meydana çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə verib. Onun müqaviləsi 2030-cu ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 55 milyon avrodur.
Aut.az
