Basketbol

Dəqiqləşdi: Əfsanənin taleyi necə olacaq?

NBA super ulduzu LeBron Ceyms “Los Anceles Leykers”də oynamağa davam edəcək.

Aut.az xəbər verir ki, bir müddət öncə azad agent statusuna sahib olsa da, lakin yeni müqavilə imzalayaraq kluba qayıtmağa qərar verib. Bu barədə ESPN məlumat yayıb.

39 yaşlı veteran klubla dəyəri 104 milyon dollar olan 2 illik müqavilə imzalayacaq. Sözləşməyə oyunçu seçimi və ticarət vetosu da daxildir.

“Leykers” bir neçə gün əvvəl NBA Draftının ikinci raundunda LeBronun oğlu 19 yaşlı Bronni Ceymsi seçmişdi. Bununla əfsanə oğlu ilə birlikdə çıxış etmək arzusuna bir addım yaxınlaşıb.

Aut.az