“Barselona” onu göndərir
Ansu Fati bu yay “Barselona”nı tərk etməli olacaq .
Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Kataloniya təmsilçisi artıq Fatiyə komandanın yeni baş məşqçisi Hans-Diter Flikə lazım olmadığını bildirib. Ansu tezliklə yeni mövsümə hansı klubda başlayacağına qərar verməli olacaq.
Ötən mövsüm Fati “Brayton”da icarə əsasında çıxış edib. “Transfermarkt” Fatinin dəyərini 25 milyon avro qiymətləndirir.
Aut.az
