İspaniya

“Real”ın avtobusu qəzaya uğradı – FOTO

Çempionlar Liqasında “Liverpul”la keçirilən oyundan (0:2) sonra “Real Madrid”in avtobusu qəzaya düşüb.

Aut.az xəbər verir ki, Britaniya mətbuatının məlumatına görə, insident M40 şossesində baş verib – yük maşını avtobusa çırpılıb.

Bildirilir ki, komandanın formalarını daşıyan avtobusun göyərtəsində heyətdən heç kim olmayıb.

“Real”ın oyunçuları və heyəti təyyarə ilə Madridə gedib. Bir gün əvvəl komandanı “Enfild”ə aparan avtobus isə geri boş qayıdırmış.

Aut.az