“Yunayted” “Bavariya” ilə qiymətdə anlaşa bilmədi
“Bavariya”nın müdafiəçisi Matthiys de Liqt “Mançester Yunayted” ə keçə bilməyəcək.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi futbolçunun transferi üçün Münhen klubuna 35 milyon avro təklif edib. Ancaq rədd cavabı alıb. “Bavariya” qarşı tərəfdən 70 milyon avro tələb edir.
Qeyd olunur ki, İngiltərə klubunun baş məşqçisi Erik ten Haq şəxsən de Liqtin transferində maraqlıdır. “Bavariya”nın yeni baş məşqçisi Vinsent Kompani futbolçunu əsas heyət üzvü olaraq görmədiyi üçün onun satılmasında problem görmür.
Qeyd edək ki, ötən mövsüm müdafiəçi münhenlilərin heyətində bütün turnirlərdə 29 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
