Avropa Çempionatı

UEFA daha bir yığmaya qarşı intizam işi açdı

UEFA Almaniyada keçirilən Avropa çempionatının 1-ci turunda İngiltərə ilə oyundan sonra Serbiya millisi ilə bağlı intizam icraatına başlayıb.

Aut.az xəbər verir ki,  Serbiya milli komandasına qarşı “əşya atmaq” və “idman tədbirinə uyğun olmayan təxribat xarakterli mesaj ötürmək” ittihamları irəli sürülüb.

UEFA-nın etika və intizam üzrə məsul işçisi həmçinin iddia edilən “ayrı-seçkilik davranışı” ilə bağlı intizam araşdırması aparacaq.

Qarşılaşma İngiltərənin qələbəsi ilə\ başa çatıb – 1:0.

Qeyd edək ki, UEFA daha əvvəl Albaniya yığmasına qarşı da intizam işi açmışdı.

Aut.az