Avropa Çempionatıİngiltərə

“İngiltərə Avro-2024-ün qalibidir” döyməsini etdirdi: Peşmandır? – FOTO

Azarkeş finaldan əvvəl “İngiltərə Avro-2024-ün qalibidir” yazılı döymə etdirib.

Aut.az xəbər verir ki, ingilis Den Tomas komandasının Almaniyada keçirilən Avropa Çempionatında qalib gələcəyinə o qədər əmin olub ki, kubokun təsviri ilə döymə etdirib.

Lakin İngiltərə turnirin finalında İspaniyaya uduzub (1:2).

Tomas etiraf edib ki, döymə etdirdiyinə görə peşman deyil və onu silməyəcək. Adam ümid edir ki, ingilislər Avro 2028-i qazanacaqlar və bundan sonra ona yalnız bir rəqəmi dəyişmək lazım gələcək.

“Biz buna yaxın idik, bu döyməyə görə peşman deyiləm” deyə “Daily Mail” azarkeşdən sitat gətirib.

“İngiltərə Avro-2024-ün qalibidir” döyməsini etdirdi: Peşmandır? – FOTO

Aut.az