Avropa Çempionatı

Polis baltalı azarkeşi belə güllələdi – VİDEO

Bu gün, iyunun 16-da keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Polşa – Hollandiya oyunu öncəsi azarkeşlərin yürüşü zamanı bir nəfərin polisə balta ilə hücum edib.

Aut.az xəbər verir ki, “Bild”in məlumatına görə, qəzəbli şəxs əlində balta azarkeşlərə və polisə hücum etdiyi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açmalı olub.

Polis əvvəlcə bibər qazından, sonra isə odlu silahdan istifadə edib. “Bild” xəbər verir ki, hücum edən şəxsin yanında “Molotov kokteyli” olub. Bu şəxsin ayağından yaralandığı vurğulanır. Hazırda ona tibbi yardım göstərilir.

Aut.az