Döyüşün təxirə salınmasına reaksiya: Bu biznesdir, kişilər
UFC prezidenti Dana Uayt Konor Makqreqorla Maykl Çandler arasında döyüşün ləğv edilməsinə münasibət bildirib.
“Bu bir biznesdir, kişilər. Belə olur. Və bundan sonra o sağalana və yaxşılaşana qədər bu barədə danışmayacağam. Sonra vəziyyətə baxıb nə etmək lazım olduğu haqda qərar verəcəyik”, – UFC prezidenti bildirib.
Qeyd edək ki, əfsanəvi irlandiyalı ilə Çandler arasında döyüş UFC 303 çərçivəsində baş tutmalı idi, lakin Makqreqorun zədəsi səbəbindən ləğv edilib.
Aut.az
