Prezident olmaq istəyən Makqreqora cinayət işi açıldı: 7 ilə qədər həbs gözləyir
Keçmiş UFC çempionu Konor Makqreqora İrlandiyada cinayət işi açılıb.
Aut.az xəbər verir ki, bu barədə “Irish Independent” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 36 yaşlı `idmançı 2023-cü ilin noyabrında Dublində baş verən iğtişaşlar zamanı sosial şəbəkələrdəki paylaşımlarında nifrət yaymaqda ittiham olunur. Onu bu əməlinə görə 7 ilə qədər həbs cəzası gözlədiyi bildirilir.
Bir müddət əvvəl Makqreqor Ağ Evə səfər edib və burada ABŞ prezidenti Donald Trampla görüşüb. Orada döyüşçü hazırkı İrlandiya hökumətini tənqid edib. Martın 21-də o, İrlandiya prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, noyabrın 22-də İrlandiya məhkəməsi 36 yaşlı döyüşçünü 2018-ci il dekabrın 9-da baş vermiş zorlamada təqsirli bilib. Məhkəmə zərərçəkmiş Nikita Handin iddiasını qəbul edib və ona təxminən 250 min avro ödənilməsinə qərar verib.
Aut.az
