Qaydasız döyüş

Həbibdən Həsənovun UFC-yə qoşulmasına reaksiya: Səssizcə…

UFC əfsanəsi Həbib Nurməhəmmədov həmyerlisi, keçmiş ACA çempionu Məhəmmədrəsul Həsənovun UFC-yə qoşulmasına münasibət bildirib.

Daha əvvəl Həsənovun iyulun 25-də Əbu-Dabidə (BƏƏ) keçiriləcək UFC turnirində rusiyalı Abubakar Vaqayevlə döyüşəcəyi bildirilmişdi.

Aut.az xəbər verir ki, Həbib sosial mediada yazıb: “Məhəmmədrəsul UFC səhnəsinə qədəm qoyub. O, çox, uzun və gərgin şəkildə çalışır və səssizcə zəhmət çəkir. Buna layiqdir”.

Həsənov MMA-da 25 döyüşə sıxıb və onlardan 23-də qalib gəlib.

Aut.az