Bu komandanın çempionluğuna stavka edib: Asan pul, ad günü hədiyyəsi
İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor Avropa çempionatı ilə bağlı proqnoz verib.
Aut.az xəbər verir ki, Makreqor İspaniya millisinin çempionatının qalibi olacağına əminliyini ifadə edib.
“Vamos, İspaniya! Ad günümdə Avropa çempionluğunu qazandıqları üçün asan pul! Yaxşı hədiyyədir”, – irlandiyalı sosial şəbəkədəki səhifəsində yazıb.
Bundan əvvəl tanınmış insayder Ariel Helvani Makqreqorla amerikalı Maykl Çandler arasındakı döyüşün statusuna aydınlıq gətirib. Onların döyüşü iyunun 29-na təyin edilib.
Aut.az
