UEFA əl ilə oyun qaydalarını dəyişib?
Avro-2024 başlamazdan əvvəl UEFA cərimə meydançasında əllə oyuna bağlı tövsiyələrini dəyişib.
Aut.az xəbər verir ki, bu barədə “TaToTake” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Avro-2024-ün startı ərəfəsində UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rozetti hər komandanın düşərgəsinə gələrək futbolçularla görüşlər keçirib hakimlərin yeni tövsiyələri barədə danışıb. Rozetti futbolçulara cərimə meydançasında əllə oyun qaydaları barədə xüsusi məlumat verib. Onlardan əllərini bədənlərinin arxasında gizlətməmələrini xahişi edib. Qaydalarda buna uyğun dəyişikliklər etdiyini bildirib.
İspaniya – Almaniya matçının son dəqiqələrində alman futbolçu Camal Musialanın zərbəsi cərimə meydançasında olan Mark Kukurellanın əlinə dəyib . Amma hakim və videoassistentlər penalti verməyiblər.
Aut.az
