Tedesko Kurtuanı Avro-2024-ə niyə aparmır?
Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avropa çempionatı üçün millinin heyətinə “Real”ın qapıçısı Tibo Kurtuanın aıdnı niyə daxil etmədiyini açıqlayıb.
Aut.az xəbər verir ki, italyan mütəxəssis bunu bütün mövsüm zədəli olan futbolçunun durumu ilə əlaqələndirib:
“Tibo öz bədənini hamıdan yaxşı tanıyır. Hər şey əvvəldən aydın idi. O, yenicə meydana qayıdıb və böyük turnirdə 3-4 gündən bir oynamaq çətindir. Biz bu məlumatı nəzərə aldıq və hesab etdik ki, Kurtua Avro-2024-ə hazır deyil”.
Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Aut.az
