Azərbaycan futboluManşet

“Neftçi”nin baş məşqçisi o olacaq? – Görüşdülər

“Turan Tovuz”un baş məşqçi postundan ayrılan Ayxan Abbaov işsiz günləri uzun çəkməyə bilər.

Aut.az-ın əldə etdiyi məlumata görə, Abbasov “Neftçi”də çalışa bilər. “Ağ-qaralar”ın hələ ictimaiyyətə təqdim edilməyən yeni rəhbərliyi 43 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Yerli namizədlər arasında aparılan seçimlərdən sonra Abbasov variantı üstün tutulub.

Artıq tərəflərin bir araya gəldiyi və klubum yeni layihəsi ilə bağlı fikir mübadiləsi aparıldığı barədə məlumat da var.

O da bildirilir ki, Abbasov “Turan Tovuz”dan məhz “Neftçi”i variantında görə ayrılıb.

Ayxan Abbasovun “Neftçi” rəhbərliyindən iki ciddi tələbi var: komandaya heç bir rəsmi şəxs tərəfindən müdaxilə edilməsin və transfer məsələlərində onun mövqeyi olmadan addım atılmasın.

Qeyd edək ki, geridə qalan mövsüm uğursuzluğa düçar olan paytaxt təmsilçisi çempionat bitən kimi baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.

Aut.az