Prokuror xəbərdarlıq etdi: Olimpiada vaxtı cinayətlər artacaq
Paris prokuroru Laure Bekko ciddi xəbərdarlıq edib.
Aut.az xəbər verir ki, Parisdə Olimpiya Oyunları zamanı turistlərin çoxluğu səbəbindən şəhərdə xuliqanlıq, oğurluq və zorakılıq halları artacaq.
“Biz cinayətlərin sayının artacağını gözləyirik. Turistlər daha çox olacaq, ona görə də gözləntilərimiz bunlardır. Söhbət cibgirlikdən, sərxoş halda törədilən cinayətlərdən, zorakılıq aktlarından, ola bilsin, cinsi zorakılıqdan gedir”, – deyə prokuror “Franceinfo” radiostansiyasına bildirib.
Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Aut.az
