Buzlu suda 56 metr dərinlik: Ginnesin Rekordlar Kitabına düşdü
İsveçrəli dalğıc Valdemar Bruderer su altında 2 dəqiqə 47 saniyə qalaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Aut.az xəbər verir ki, rekord İsveçrənin dəniz səviyyəsindən təxminən 1800 metr yüksəklikdə yerləşən dağ gölü Sils gölündə qeydə alınıb.
Avadanlıqsız buz altında qalmaq rekordu çexiyalı David Venslə məxsus idi. Bir neçə il əvvəl elə Sils gölündə 52,1 metr dərinliyə enmişdi.
Aut.az
