Formula 1-ə daha bir mərhələ əlavə olundu
Çikaqo Qran Prisi 2026-cı il mövsümündən Formula 1 təqvimində yer alacaq.
Aut.az xəbər verir ki, artıq əməliyyatçı şirkətlə FİA arasında müqavilə imzalanıb.
Yarış gecə keçiriləcək və Kanada Qran Prisindən əvvəlki tarixdə təqvimə daxil ediləcək. Formula 1 yaxın həftələrdə Çikaqo Qran Prisini rəsmən elan edəcək.
Marşrutun planlaşdırılması hələ də işlənmə mərhələsindədir.
Aut.az
