Formula 1

Türkiyə Qran Prisi təqvimə qayıdır: Bu tarixdə

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkənin yenidən “Formula 1” mərhələsinə ev sahibliyi edə biləcəyini bildirib.

Aut.az xəəbr verir ki, onun sözlərinə görə, bu, 2026-cı ildə baş verəcək.

“İstanbulda Formula 1 trekinin idarə edilməsi ilə bağlı tender aprelin əvvəlində keçirilib və uğurla başa çatıb. İndi ikinci mərhələyə keçdik. Əvvəlki kirayəçi sahəni boşaltmalı və qalib gələnə təhvil verməlidir. Bundan sonra Qran Prinin 2026-cı ildən İstanbulda keçirilməsinə dair razılaşmanın bağlanması prosesi sürətlə davam edəcək”, – deyə Ərsoy “Milliyet” qəzetinə bildirib.

Qeyd olunur ki, yarış trekinin daxil olduğu “İstanbul Park” obyektinin icarəsi və nəzarəti ilə bağlı tender aprelin 2-də keçirilib.

Formula 1 çərçivəsində Türkiyədə ilk mərhələ 2005-ci ildə baş tutub. Son yarış isə 2021-ci ilin oktyabrında keçirilib.

Aut.az