Millidən bir darmadağın, bir məğlubiyyət
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə Monteneqroda təlim-məşq toplanışını davam etdirməklə yanaşı beynəlxalq turnirdə də iştirak edir.
Aut.az xəbər verir ki, yığma ilk oyunda dünya çempionu Rumınya komandasına 0:1 hesabı ilə məğlub olub.
Elşad Quliyevin yetirmələri ikinci görüşdə Bosniya və Herseqovina seçməsinə 6:0 hesabı ilə qalib gəlib.
