Şumaxerin ailəsini şantaj edən Yılmazın və oğlunun ifadəsi yayıldı
7 qat Formula 1 çempionu Mixael Şumaxerin ailəsini şantaj edən iki təqsirləndirilən ata və oğulun ifadələri dərc olunub.
Aut.az xəbər verir ki, onların məhkəmədəki sözlərini “The Sun” sitat gətirib.
Vuppertal Rayon Məhkəməsində çıxış edən müttəhimlərdən biri Yılmaz T. səhv bir şey etmədiyini və bunların hamısının kasıb tibb bacısına kömək üçün edildiyini bildirib.
Daniel (ikinci müttəhim, Yılmazın oğlu) deyib: “Mən sabit disklərin içindəkiləri görmədim. Atam sadəcə olaraq bunun qanuni, normal bir şey olduğunu söylədi, ona görə də daha sual vermədim. Mən səhv bir şey etdiyimizi düşünmürdüm. O, həmin şəxsin fotolarının əlində olduğunu və onları satmaq istədiyini bildirib. Mən atamdan bunun nə olduğunu soruşmadım. Bu mənim atamdır. Odur ki, mən sadəcə icra etdim”.
Xatırladaq ki, Yılmaz T. və oğlu Daniel Şumaxer ailəsindən Mixail haqqında xəstəxana sənədləri, foto və videolar da daxil olmaqla 1500-dən çox faylın olduğu iki sərt disk müqabilində 15 milyon avro tələb etmişdilər. Hücum edənlər yarışçının səhhəti ilə bağlı məlumatları internetdə yerləşdirməklə hədələyiblər.
Aut.az
