“Bavariya” onun əlindən dad deyir
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Real”ın “Bayern”i 2:1 hesabı ilə məğlub etməsi Madrid klubunun baş məşqçisi Karlo Ançelotti üçün daha bir məqamla əlamətdar olub.
Aut.az xəbər verir ki, italyan müxəssis üçün bu oyun karyerasında Münhen klubuna qarşı 10-cu matç olub. O, yenə də Almaniya nəhənginin qələbə qazanmasına imkan verməyib.
“Real” ilə yanaşı “Milan”a da rəhbərlik etdiyi müddətdə “pivəçilər”ə boyun əyməyən Ançelotti “Bayern” ilə matçlarda ümumilikdə 7 qələbə qazanıb və 3 heç-heçə ilə bitib.
Xatırladaq ki, 2016-2017-ci illərdə Ançelottinin özü Almaniya klubunda çalışıb.
Aut.az
