La Liqanın, İspaniya Milli Polisinin Milli İdman Direktorluğunun, İspaniya Kral Futbol Federasiyasının (RFEF) və İspaniya Futbol Komandası Həkimləri Assosiasiyasının (AEMEF) nümayəndələri peşəkar futbol stadionlarında baş verən insidentlərin birgə müzakirəsi və təhlilini aparıblar.
Aut.az xəbər verir ki, bu barədə Liqanın saytı məlumat yayıb.
Meydanda və tribunalarda, bəzi hallarda isə stadionların yaxınlığında baş verən insidentlərlə bağlı UCO (Təşkilata Nəzarət Bölməsi) və arbitraj komandası arasında protokolun razılaşdırılmasında tərəflər arasında irəliləyiş əldə olunub. Məqsəd azarkeşlər və oyunçular üçün təhlükəsiz mühiti qorumaq, eyni zamanda orada olan müxtəlif peşəkarlar: təhlükəsizlik qüvvələri, tibb işçiləri, özəl təhlükəsizlik işçiləri və s. tərəfindən tez və effektiv cavab verə bilməkdir.
FİFA protokolu əsasında hazırlanmış futbolda zorakılıq, irqçilik, ksenofobiya və dözümsüzlüyə qarşı mövcud protokol, onun tətbiqi halları və mümkün tədbirlər, o cümlədən oyunların dayandırılması da təhlil edilib.
Aut.az