İspaniya

Futbolçu soyğunçuluğa görə həbs edildi: La Liqa klubu bəyanat yaydı

“Vilyarreal”ın mətbuat xidməti “Okdiario”nun klubu cinayətlə əlaqələndirməsi ilə bağlı xəbərlərinə cavab olaraq rəsmi açıqlama yayıb.

Aut.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, “Vilyarreal”ın gənclər komandasının keçmiş oyunçusu Palma de Mayorkada polis tərəfindən La Soledad məhəlləsində 88 yaşlı təqaüdçüyə qarşı vəhşicəsinə hücum və soyğunçuluqda ittiham olunaraq həbs edilib.

Klubun bəyanatında deyilir:

“Vilyarreal”ın keçmiş akademiya oyunçusunu cinayətkar fəaliyyətlə əlaqələndirən məlumatlar nəzərə alınmaqla, klub bu şəxslə təşkilat arasında heç bir əlaqənin olmadığını aydınlaşdırmaq istəyir. O, bir mövsümdən çox əvvəl klubu birdəfəlik tərk edib. “Vilyarreal” mediadan oyunçu ilə klub arasındakı bu səhv əlaqəni dərhal təkzib etməyi tələb edir. Bundan əlavə, biz hörmət, tolerantlıq və müxtəliflik prinsiplərinə sadiq olduğumuzu bir daha təsdiqləyir, hər hansı bir zorakılıq formasını qəti və tamamilə rədd etdiyimizi bildiririk”.

Aut.az