Görün Flik kimi “Barsa”ya gətirir – 36 yaşı var
İspaniya çempionu “Barselona”nın baş məşqçisi Hans-Diter Flik PSV-nin xorvatiyalı hücumçusu İvan Perişiçi Kataloniya klubunda görmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. 36 yaşlı futbolçunun müqaviləsi iyunun 30-dək qüvvədədir və o, azad agent statusu alacaq.
Flik 2019/2020 mövsümündə Perişiçlə “Bayern”də çalışıb.
Başa çatan mövsümdə Perişiç 39 matçda iştirak edib, 16 qol vurub, 11 məhsuldar ötürmə edib.
“Transfermarkt” forvardın transfer dəyərini 1,5 milyon avro qiymətləndirir.
Aut.az
