Formula 1

Narazı mütəxəssisə 100 milyonluq təklif

“Formula 1” komandası “Aston Martin” “Red Bull”un texniki departamentinin rəhbəri Adrian Nyuiyə cəlbedici təklif göndərib.

Aut.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir. Böyük Britaniyanı təmsil edən yarış komandası təcrübəli mütəxəssisə dəyəri 100 milyon dollar olan müqavilə təklif edib. Ancaq sözləşmənin dəgr detalları barədə məlumat verilməyib.

Xatırladaq ki, Adrian Avstriya “Red Bull”dakı vəziyyətdən və maliyyə məhdudiyyətlərindən narazı olduğu bildirilir.