Formula 1

Sevinir: Mənimlə müqaviləni o bağlamışdı, onunla da işləmək istəyirdim

Yeddiqat dünya çempionu Lyuis Hemilton “Ferrari”nin komandanın rəhbəri Fred Vasseur ilə müqaviləni uzatmaq qərarını dəstəkləyib.

Aut.az xəbər verir ki, o, bunu Macarıstan Qran Prisi ərəfəsində deyib.

“Bu barədə yalnız dünən eşitdim… Onun haqqında nə hiss etdiyimi bilirsiniz. Mən hamıya dedim, əlavə edəcəyim heç bir şey yoxdur. Artıq dedim ki, bu, düzgün seçimdir. Məni onunla müqavilə imzalamışam və onunla işləmək istəyirdim. Keçmiş təcrübəmdən xatırlayıram ki, Toto insanların potensialını necə üzə çıxaracağını bilir. O, mənə maksimum sərbəstlik üçün şərait yaratdı. Mən həmişə ona güvənirəm”, – Hemilton deyib.

“Ferrari” iyulun 31-i Fred Vasseur ilə müqavilənin uzadılmasını rəsmən elan edib. Yeni müqavilə Macarıstanda imzalanıb və fransız menecerin istefası ilə bağlı söz-söhbətlərə son qoyub.

Aut.az