“Yunayted”in kabusu: Görün Salah neçə rekord müəyyənləşdirdi
Aprelin 7-də “Mançester Yunayted” Premyer Liqanın 32-ci turunda “Liverpul”u qəbul edib. Oyun la heç-heçə başa çatıb – 2:2.
Aut.az xəbər verir ki, “Liverpul”un bu oyunda ikinci qolunu Məhəmməd Salah vurub. Misirli 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu qol Salaha eyni anda bir neçə rekordu qeyd etməyə imkan verib: Premyer Liqa tarixində “Mançester Yunayted”ə qarşı ən çox qol (11), Premyer Liqada “Old Trafford”da “Mançester Yunayted”ə ən çox qol (6) vuran futboçu və Premyer Liqada ardıcıl oyunlarda (4) “Mançester Yunayted”i məyus edən futbolçu. Bu barədə “Squawka” məlumat yayıb.
Aut.az
