Salah rəsmən açıqladı: Bəli, burada son mövsümümdür
“Liverpul”un hücumçusu Məhəmməd Salah klubdakı gələcəyi haqda danışıb.
Aut.az xəbər verir ki, misirli “Nə üçün Premyer Liqada qalib olmaq onun üçün Çempionlar Liqasını qazanmaqdan daha vacibdir” sualını cavablandırıb.
“Bu, yəqin ki, klubdakı son mövsümümdür və mən şəhər üçün xüsusi bir şey etmək istəyirəm.
Böyük ehtimalla, bəli, bu mənim son altı ayımdır. Yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş yoxdur”, – Salah “Sky Sports”a bildirib.
32 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Məhəmməd Salah 26 matçda iştirak edib, 20 qol vurub və 17 məhsuldar ötürmə edib.
Aut.az
