Cerrard dördüncü divizion komandasında çalışacaq?
“Liverpul”un əfsanəsi Stiven Cerrard İngiltərənin “Karlayl” komandasını çalışdıra bilər.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Karlayl” bu yaxınlarda baş məşqçi Mayk Uilyamsonu istefaya göndərib. Klubun amerikalı sahibləri Cerrardı onun əvəzedicisi kimi görürlər.
Xatırladaq ki, elə ötən həftə 44 yaşlı ingilis mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun baş məşqçisi postunu tərk edib. O, 2023-cü ilin yayından komandaya rəhbərlik edirdi.
“Karlayl” hazırda İngiltərə futbolunun dördüncü divizionu hesab edilən İkinci Liqada 24-cü yerdədir.
Aut.az
