Qvardiola üçün daha bir problem: O da sıradan çıxdı
“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji ayağından ciddi zədə alıb və əməliyyat olunacaq.
Aut.az xəbər verir ki, futbolçunun təxminən 10 həftə meydana çıxmayacağı gözlənilir.
Bu mövsüm 29 yaşlı Akanji 30 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
“Mançester Siti” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”a 2:3 hesabı ilə uduzun. Komandada xeyli zədəlilər var.
Aut.az
