Əfsanə “Liverpul”un hücumçusunu tənqid etdi: 85 milyona alınıb
“Liverpul”un əfsanəvi hücumçusu Robbi Fauler komandanın uruqvaylı futbolçusu Darvin Nunesin oyunu haqda danışıb.
“İki il əvvəl dediklərimizi indi deyirik: “Xamdır, belədir, elədir”. Biz bunu davam etdirə bilmərik, xüsusən də mən onun “Liverpul” səviyyəli oyunçu olduğunu düşünmədiyim üçün. Amma onun üçün 85 milyon avro verilib. Çoxları onun çox işlədiyini söyləyəcək, amma hər halda bu, tələb olmalıdır. Gəlib qol vurmalısan.
Düşünürəm ki, o, kifayət qədər tez fikirləşmir. Amma hücumçusansa, zehni sürətin hamıdan daha sürətli olmalıdır. Düşünməyə vaxtı olanda sanki özü ilə mübarizə aparır. O, instinktiv hərəkət edəndə bir az daha yaxşı görünür”, – Fauler deyib
Aut.az
