İspaniya

Ançelotinin Vinisiusla bağlı məsələyə reaksiyası: Bezmişəm

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Səudiyyə Ərəbistanı klublarının Vinisius Juniorla maraqlanması ilə bağlı sualları cavablandırmaqdan bezdiyini deyib.

“Bu mövzudan bezmişəm, amma məni narahat etmir. Mən onu xoşbəxt görürəm və buna sevinirəm. Burada, “Real”da bu mövzu müzakirə olunmur, o da bu barədə danışmır. Vinisius təkmilləşmək istəyir. Düşünürəm ki, o, uğur qazanmağa davam edəcək”, – Sport.es Ancelottidən sitat gətirib.

Bundan əvvəl media Səudiyyə Ərəbistanı klublarının gələn yay braziliyalı futbolçunu almaq üçün yeni cəhdlər edəcəyini yazmışdı. Vinisiusun “Real”la  müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Aut.az