İspaniya

“Valensiya” qalib gəldi

İspaniya La Liqasında 26-cı turdan təxirə salınmış bir oyun keçirilib.

Aut.az xəbər verir ki, “Qranada” doğma meydanda “Valensiya” ilə qarşılaşıb.

“Valensiya” səfərdən minimal hesabla qalib gəlməklə xallarını 44-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. “Qranada” isə 14 xalla 19-ci pillədə qalıb.

İspaniya La Liqası
26-cı turun oyunu

4 aprel

Qranada – Valensiya 0:1
Qol: A.Almeyda, 77.