Dünya futbolu

Polis 16 yaşlı futbolçunu öldürdü – İtələyib, yıxılıb və…

Aprelin 7-də Ukraynada “Zmina” İdman Məktəbinin 16 yaşlı şagirdi Maksim Materuxin öldürülüb.

Aut.az xəbər verir ki, faciə Kiyev funikulyorunda baş verib. “BBC Ukrayna”nın müstəntiqlərə istinadən verdiyi məlumata görə, stansiyaların birində gənc futbolçu ilə hüquq-mühafizə orqanının əməkdaşı arasında münaqişə baş verib.

“Vaqondan çıxandan sonra yuxarı stansiyada asayiş keşikçisi yeniyetməni itələyib. O, yıxılıb və başı şüşəyə dəyib. Şüşə sınıb, yeniyetmə boynundan ölümcül yara alıb. Azyaşlı hadisə yerində dünyasını dəyişib”, – Dövlət İstintaq Bürosundan bildirilib.

Dövlət İstintaq Bürosu indiyədək yeniyetmə ilə polsi arasındakı münaqişənin səbəbini açıqlamaqdan imtina edib. Hazırda şahidlərin dindirilməsi davam etdirilir.

Aut.az