Premyer Liqa klubunun yenə xalı silindi
Premyer Liqa maliyyə sabitliyi qaydalarını pozduğuna görə “Everton”u yenidən cərimələyib.
Aut.az xəbər verir ki, klubun buna görə daha iki xalı silinib. İkinci cərimələnmədən sonra “Everton”un xalı 27-ə düşüb. Mersesayd təmsilçisi “Brentford”dan (29 xal) geri düşərək, turnir cədvəlində 16-cı yerə enib.
Düşmə zonasında yer alan “Luton Taun”un aktivində 25 xal var.
Qeyd edək ki, noyabrda “Everton”dan 10 xal silinsə də, apelyasiya şikayəti əsasında 6-ya endirilib.
Aut.az
