Dünya futbolu

“Santos” bəd xəbər verdi: Neymar yenə də…

Braziliyanın “Santos” futbol klubu hücumçu Neymarın yeni zədə alması ilə bağlı Braziliya Futbol Konfederasiyasını (CBF) xəbərdar edib.

Aut.az xəbər verir ki, “O Globo”nun məlumatına görə, forvard cümə axşamı məşq zamanı zədədən şikayətlənib və meydanı tərk edib. Cümə və şənbə günləri Neymar yalnız idman zalında məşq edib və yeriyərkən ağrılardan şikayətlənib.

“Santos” milli komandanın tibb şöbəsini xəbərdar edib və futbolçunun vəziyyəti ilə bağlı məlumat verib.

Neymar 2023-cü ilin oktyabrında Uruqvayla matçda ön çarpaz bağından zədələndikdən sonra milli komandada oynamır.

Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili (4 sentyabr) və Boliviya (9 sentyabr) yığmaları ilə qarşılaşacaq.

Aut.az