Enrike qaçan penaltidən danışdı: Söz sahibi mənəm
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 2-ci turunda “Anje” ilə oyunda (1:0) hücumçu Usman Dembelenin boşa verdiyi penalti barədə danışıb.
Aut.az xəbər verir ki, bu epizod azarkeşlərin sərt reaksiyasına səbəb olub. Onlar hesab edirdilər ki, penaltiyə Vitinya yaxınlaşmalı idi.
“Narahat olmayın, burada əsas söz sahibi mənəm. Mən istədiyim futbolçunu seçə bilərəm. Dembelenin penaltiləri vurmağa davam edib-etməyəcəyinə gəlincə, bizdə penaltini yerinə yetirə biləcək çox oyunçu var və bunun öhdəsindən problemsiz gələcəyik”, – deyə Enrike mətbuat konfransında bildirib.
Qeyd edək ki, yeni mövsümdə PSJ Liqa 1-in ilk iki turunda hər iki oyunu 1:0 hesabı ilə qazanıb.
Aut.az
