İdmanın 100 nüfuzlu şəxsi: Messi ikonlar, Ronaldo titanlar arasında
“Time” jurnalı 2026-cı ilin idman dünyasının ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, siyahı yerlər göstərilmədən təqdim olunur və kateqoriyalara bölünür: ikonlar, titanlar, novatorlar, liderlər.
İkonlar bu idmançılardır: basketbolçu Lebron Ceyms, futbolçu Lionel Messi, xizəkçi Eylin Qu, tennisçilər Karlos Alkaras və Yannik Sinner, fiqurlu konkisürən İlya Malinin, Formula 1 pilotu Lando Norris və yüngül atlet idmançısı Armand Duplantis.
Titanlar siyahısında futbolçular Kriştiano Ronaldo və Erlinq Haaland basketbolçu Viktor Venbanyama, xizəkçi Yohannes Klebo və xokkeyçi Cek Hyuz yer alır.
Novatorlar arasında fiqurlu konkisürən Alysa Liu, dağ xizəkçisi Lindsey Vonn və keçmiş basketbolçu Maykl Cordan da var.
Liderlər kateqoriyasında tennisçi Arina Sobolenko, Formula 1 pilotu Kimi Antonelli, basketbolçu Stiven Karri və UFC prezidenti Deyn Uayt yer alıb.
Aut.az
