Dünya futbolu

Poqba dopinq qadağası haqda: Heç nəyi dəyişməzdim

Pol Poqba özünü yenidən kiçik uşaq kimi hiss etdiyini, futbol oynamaq istədiyini bildirib.

Aut.az xəbər verir ki, Poqba bu barədə Fransa mətbuatına danışıb.

“Bu testlər (dopinqə görə diskvalifikasiya) məni sərtləşdirdi. Özümü peşəkar olmaq arzusunda olan balaca uşaq kimi hiss edirəm. Mən bir daha öz yerini qazanacaq Roissy-en-Brie-dən olan balaca Pol Poqbayam.

Səhər saat səkkizdə dostlarının qapısını döyürsən, hamını oyadırsan. Və sonra qaranlıq düşənə qədər bütün günü oynamaq üçün gedirsən. Bəzən ertəsi gün məktəbə getməli olursan, amma axşam evə getmək istəmirsən. Ana sonda sənə zəng vurur və ya əmin uşaqlarını səni axtarmağa göndərir.

Bu, əsl futbol sevgisi idi. Hər şeyi yenidən etməli olsam, heç nəyi dəyişməzdim. Mənim üçün futbol bir performansdır.

Mən matça baxanda sadəcə stulda oturmaq istəmirəm. Şounu görmək istəyirəm, ayağa qalxıb alqışlamaq istəyirəm”, – “Yuventus” və Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi deyib.

Aut.az