Mbappedən müəmmalı paylaşım – FOTO
PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-in 27-ci turunda səfərdə “Marsel” üzərində qələbədən (2:0) sonra sosial şəbəkələrdə müəmmalı paylaşım edib.
Aut.az xəbər verir ki, 25 yaşlı forvard matçın 64-cü dəqiqəsində əvəzlənib və Luis Enrikenin qərarından razı qalmayıb.
Oyundan sonra Mbappe sosial şəbəkədə kapitan sarğısını əlində tutaraq başını aşağı salaraq meydandan kənara çıxarkən çəkilmiş fotosunu yerləşdirib.
Bəziləri iddia edirlər ki, Mbappe bu paylaşımla PSJ-dən ayrılacağına işarə edib.

Aut.az
