Dünya futbolu

Musa Qurbanlı oynadı?

İsveç çempionatında yeni mövsümün ilk turunun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Göteborq”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan möhtəşəm qələbə ilə ayrılıb – 4:1.

Musa bu oyunun 70-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı hücumçu ilk turda məhsuldarlıq nümayiş etdirə bilməyib.