“Barsa” onu almaq istəmir – Yenə də icarə
“Barselona”da icarə əsasında çıxış edən “Mançester Siti”nin müdafiəçisi Joao Kanselo ikinci mövsüm İspaniya klubunda qala bilər.
Aut.az xəbər verir ki, “mavi qranatlar” oyunçunu yenidən icarəyə götürmək istəyirlər, lakin hazırda onu almaq fikrində deyillər. Bu barədə “X” sosial şəbəkəsində jurnalist Luis Roxo məlumat verib.
29 yaşlı Kanselo 2019-cu ilin avqustunda “Mançester Siti”yə keçib. 2023-cü ilin yanvarında o, baş məşqçi Xosep Qvardiola ilə münaqişəyə görə “Bavariya”ya icarəyə verilib.
Kanselo cari mövsümü “Barselona”da keçirir və burada 32 matçda 4 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Aut.az
