“Qarabağ”ın futbolçuları oynadı?
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin formasını geyindiyi Monteneqro millisi yoldaşlıq oyununa çıxıb.
Aut.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Şimali Makedoniya seçməsi ilə üz-üzə gəlib. Görüş monteneqroluların qələbəsiylə başa çatıb – 1:0.
Veşoviç və Yankoviç oyuna 61-ci dəqiqədə daxil olub və sona qədər meydanda qalıb.
