Azərbaycan futbolu

Rəşad Sadıqov: “Bizi olduqca önəmli oyun gözləyir”

“Zirə” sabah UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Torpedo”unu (Gürcüstan) qəbul edəcək.

Aut.az xəbər verir ki, oyundan bir gün əvvəl “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov sabah əlverişli nəticə qazanmaq istədiklərini bildirib:

“Bizi olduqca önəmli oyun gözləyir. Qısa müddətdə hazırlığımızı tamamlayıb, sabah əlverişli nəticə qazanmaq istəyirik. Səfər oyununa yaxşı nəticə ilə yollanmaq istəyirik. Başa düşürük ki, təcrübəli rəqiblə qarşılaşacağıq. Qarşımızda yaxşı komanda var. Hazırlığa vaxtımız çox az oldu. Buna baxmayaraq, çalışacağıq ki, yaxşı nəticə qazanaq. Dediyim kimi, təcrübəli rəqiblə qarşılaşacağıq”.

“Zirə” – “Torpedo” oyunu sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.