“Zirə”nin kapitanı: “Bizi təcrübəli rəqib gözləyir”
“Zirə” sabah UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Torpedo”unu (Gürcüstan) qəbul edəcək.
Aut.az xəbər verir ki, oyundan bir gün əvvəl “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Konfransda komandanın kapitanı və yarımmüdafiəçisi Qismət Alıyev də fikirlərini bölüşüb:
“Sabah bizi təcrübəli rəqib gözləyir. Avrokubokların daimi iştirakçılarıdır. Bizim də təcrübəmiz var. İnanıram ki, sabah əlverişli nəticə qazanacağıq”.
“Zirə” – “Torpedo” oyunu sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
