Murad Musayev getməzdən əvvəl onunla görüşdü: Hər şeyi danışdı
Murad Musayevin “Sabah”dan gedişi gözlənilməz oldu? Ola bilsin ki, kimlər üçünsə, hə. Amma futbol təsərrüfatından məlumatlı olanlar onun gec-tez gedəcəyini bildirdilər.
Çünki Murad Musayev diletantların, qeyri-peşəkarların əlində girinc qalmışdı. O adamların ki, onların məqsədi futbol üçün ayrılan vəsaitin bir qismini “yuyub” ciblərinə qoymaq idi.
Musayev isə özünü sübut etmək, nəticə qazanmaq istəyirdi.
Aut.az-ın əldə etdiyi məlumata görə, Murad Musayev istefa verməzdən əvvəl “Sabah”ın himayəçisi, İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
Daha doğrusu, məşqçinin getmək istədiyini bilən Cabbarov onu fikrindən döndərməyə çalışıb. Hətta bildirilir ki, Mikayıl Cabbarov Musayevə söz verib ki, rəhbərliyi dəyişəcək.
Ancaq rusiyalı mütəxəssis münasibətlərin həddindən artıq pisləşdiyini və mənən ruhdan düşdüyünü əsas gətirərək, Azərbaycanda qalmaq istəməyib. Amma o, “Sabah”da baş verən maxinasiyalar barədə Mikayıl Cabbarovu məlumatlandırıb.
İndi gözlənilir ki, “Sabah”da kadr dəyişikliyi baş verəcək.
Aut.az
