“Qarabağ”ın “Ferentsvaroş”la oyunu fransızlara tapşırıldı
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununa təyinatlar açıqlanıb.
Aut.az xəbər verir ki, görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kleman Turpin olacaq. Ona yan xətt hakimləri Nikolya Danos və Aleksis Auqer kömək edəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.
VAR-da Jerim Brizar, köməkçisi isə Nikolya Renvil olacaq.
Avqustun 27-də keçiriləcək oyuna 20:45-də start veriləcək. İlk oyunda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb
