Azərbaycan futbolu

Azərbaycanın U-21 millisi Ukraynanı qəbul edir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avro-2025-in seçmə mərhələsində bu gün növbəti oyuna çıxacaq.

Aut.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bakıda Ukrayna seçməsi ilə üz-üzə gələcək. “Azərsun Arena”da keçiriləcək görüşə saat 16:00-da start veriləcək.

Azərbaycan yığması F qrupunda 5 oyundan sonra 3 xalla sonuncu – 6-cı sıradadır. Ukrayna U-21-I isə 15 xalla birinci pillədə qərarlaşıb.

Avro-2025
Seçmə mərhələ, VI tur

26 mart

16:00 Azərbaycan U-21 – Ukrayna U-21
Baş hakim: Dario Bel (Xorvatiya)
“Azərsun Arena”