Qabiqol futboldan uzaqlaşdırıldı: Bu hərəkətinə görə
“Flamenqo”nun və Braziliya millisinin hücumçusu Qabriel Barbosa (Qabiqol) antidopinq qaydalarını pozduğuna görə 2 il müddətinə diskvalifikasiya olunub,
Aut.az xəbər verir ki, bu barədə “O Tempo” məlumat yayıb.
2023-cü ilin aprelində 27 yaşlı futbolçu dopinq testinə mane olub. O, sidik analizi zamanı cinsi orqanını gizlədib və antidopinq təşkilatının əməkdaşlarına qarşı aqressiv davranıb. Buna görə də futbolçu cəza alıb.
Aut.az
